Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. Hərəkətdə olan "Mercedes"ilə "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov