Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, olmaması səbəbindən geri çağıra bilər.
"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, əgər Paşinyanın ABŞ-də erməni icması ilə görüşü sadəcə olaraq uğursuz olubsa, Münhendə bu, biabırçı şəkildə olub.
Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında bir nəfər də görüşə qatılmayıb.
Məlumata görə, Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı qalıb və səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid edib. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə nəşrə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır.
Ağarza Elçinoğlu