Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Babək prospektində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan avtomobil beton arakəsməyə çırpılıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Murad İbrahimli