Daşkəsəndə gənc oğlan piləkəndən yıxılaraq ölüb.

"Unikal"ın mlumatına görə, hadisə Daşkəsən şəhərinin Nizami küçəsində  yerləşən binaların birində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin piləkənindən birinci mərtəbəsinə yıxılıb. 26 yaşlı gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov