Zaqatala rayonunun Çobankol kəndində "VAZ-2107" və "VAZ-2102" toqquşub.

"Unikal" xəbər verir ki, hadisə zamanı "VAZ-2107"nin sürücüsü, Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Şirinov Amil Loğman oğlu, "VAZ 2102"nin sürücüsü, Qax rayon Güllük kənd sakini Hudulov Natiq Bayram oğlu xəsarət alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.

*** 20:38

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonu Çobankol kəndində baş verib. İlkin məlumata görə, "VAZ 2102" markalı minik avtomobili ilə "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli