Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.
Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.
XXX
21:10
Samuxda iki nəfər Kürdə batıb.
"Unikal"ın məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində baş verib. Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar. Onların axtarışları davam etdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov