Ötən gün paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, ötən gün saat 20 radələrində “BMW” markalı, 90-UC-335 dövlət qeydiyyat nişanlı minik avtomobili “Mercedes” markalı yük maşınına çırpılıb.
Sürücü Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb. Onların övladı Nurlan Kərimov isə ağır xəsarətlər alıb.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə ilə bağlı cinayət işi açılıb və müvafiq ekspertizalar təyin edilib.