İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Qalib Bəşirovun idarə etdiyi "Ford" markalı avtomobil səkiyə çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisənin duman səbəbindən baş verdiyi bildirilir.

Qeyd edək ki, Q.Bəşirov Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktorudur.