Astara rayonunun Burzubənd kəndində ümumi sahəsi 312 m² (hər mərtəbəsi 156 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

"Unikal" xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (uşaq) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib və yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.