"Çelsi"nin transfer hədəfində "Milan"ın cinah hücumçusu Rafael Leao yer alıb.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Rossoneyerilər"in 25 yaşlı futbolçunu satmağa hazırlaşdığı bildirilir, çünki o, mövsüm ərzində gözlənilən səviyyədə çıxış etməyib. Leao üçün klubun 80 milyon avro tələb edəcəyi qeyd olunub.
Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə 35 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.