Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

"Unikal" xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.

*** 10:51

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:

Qasımov Raul Səbuhi oğlu 2018-ci il təvəllüd

Qasımova Şəlalə Sultan qızı 1960-cı il təvəllüd

Hüseynova Məhbubə Fəqan qızı 1993-cü il təvəllüd

Hüseynova Gülnaz Nəzər qızı 1965-ci təvəllüd

Cabbarov Elcan Şamo oğlu 2010- ci təvəllüd

Hüseynova Əsmər Əfqan qızı 1986-cı təvəllüd

Qasımova Samirə Qabil qızı 1989-cu təvəllüd

Hüseynova Nəzakət Tapdıq qızı 1978-ci təvəllüd

Qəmbərova Yasəmən Ədalət qızı 1987-ci təvəllüd

Qeyd edək ki, həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər. Onlara tibbi yardım göstərilir.