Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"Unikal"ın məlumatına görə, o, Cəlilabad şəhər sakini, 1977-ci il təvəllüdlü Azər Cəlilovdur.

A.Cəlilov müharibənin gərgin döyüşlərin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və ailəsini dolandırmaq üçün Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi bu gün dəfn olunacaq. 

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Cəlilabad rayonunun daha bir sakini həlak olub. Şatırlı kəndindən olan, 1999-cu il təvəllüdlü Hicran Əmənovun nəşi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb. O da Rusiya tərəfində döyüşlərə qatılıb və həyatını itirib.

Xəlil Əliyev