Gəncədə yeniyetmə qız dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, şəhər sakini 2010-cu il təvəllüdlü Mədinə İsrafilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə M.İsrafilova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov