"Zati-aliləri, Pakistan həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib çıxardı".
"Unikal" xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
"Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik", - deyə Şərif vurğulayıb.
*** 14:47
“Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin bildiyiniz kimi, kəskin hava şəraiti var”.
"Unikal" xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
“Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik” , - deyə Şahbaz Şərif bildirib.