Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması ilə bağlı texniki saziş imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Sənəd DGMM-in sponsoru olan ölkələr - Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələrinin iştirakı ilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan bayrağı Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində dalğalanacaq və Azərbaycandan olan şəxsi heyət orada daimi xidmət göstərəcək.