Şəhid ailələri və qazilərin mənzil məsələsi yaxın bir il ərzində tamamilə həllini tapacaq.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilə iclasında komitə sədri Musa Quliyev deyib.
"Bundan sonrakı dövrdə də proses sürətlə davam edəcək. Çünki indiyə qədər məcburi köçkünlərin mənzil təminatına ciddi ehtiyac var idi. Dövlətin də əsas prioritet istiqamətləri biri onların yerləşdirilməsi və məskunlaşdırılması idi. Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin demək olar ki, mənzil məsələsi həll olunmaq üzrədir. Yəqin ki, yaxın bir ildə bu məsələ həllini tapacaq", - deyə M.Quliyev qeyd edib.
Anar Kəlbiyev