"Bəzən sosial işçilər evlərə gedəndə təhqir olunur, yaxud evdən qovulur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilə iclasında deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, onların hüquqlarının, şərəf və ləyaqətinin qorunması vacib məsələdir: “Qarşı tərəf bunun məsuliyyətini hiss etməlidir”. 

Komitə üzvü vurğulayıb ki, Sosial Xidmətlər Agentliyinin çətin həyat şəraitində yaşayan şəxslərlə bağlı hesabat hazırlaması tam da doğru deyil:

“Çünki agentlik əməkdaşları evə gedəndə insanları və ailəni tanımır. Gördüyü vəziyyətlə bağlı qərar qəbul edib hesabat verir. Halbuki həmin ailəni ziyarət edərkən yaxşı olar ki, yerli icra orqanları və ya bələdiyyə nümayəndələri bu məsələyə cəlb edilsin. Hesabat hazırlamaq üçün nümayəndələrin iştirakı ümumi işin xeyrinə olar”.

Anar Kəlbiyev