Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.
N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.