Ukrayna prezidenti Volodimir Zelenski Belçikanın baş naziri Bart de Vever ilə danışıqlar aparıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onlar dondurulmuş Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər.
Danışıqlar zamanı Zelenski de Veveri son təyinatı münasibətilə təbrik edib. Ukrayna prezidenti həmçinin ölkəsinə yardımı davam etdirdiyi üçün Belçikaya təşəkkür edib.
“Qlobal vəziyyət əlaqələndirilmiş fəaliyyət və sürətli reaksiya tələb edir. Biz Belçikanın Ukraynanın mövqeyini bölüşdüyünü ürəkdən qiymətləndiririk: Rusiyanın yaratdığı çağırışlara Avropanın ümumi reaksiyasını təmin etmək vacibdir”, - deyə Zelenski bildirib.