Ötən gün 1938-ci il təvəllüdlü Südabə İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Əhmədova dəm qazından zəhərlənərək ölüblər.

"Unikal" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Qeyd edək ki, vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, Südabə İsmayılova isə nənəsidir.

Faktla bağlı araşdırma aparılır.