"Mədəniyyət sahəsində ciddi islahatlar həyata keçirilir".

"Unikal" xəbər verir kİ,  bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sahədə ən vacib məsələlərdən biri də məhz kadr islahatlarıdır:

"Kadr islahatları mədəniyyət sahəsində idarəçilərin ön plana çəkilməsi, xüsusilə də idarəetmə sahəsində olan boşluqların aradan qaldırılması üçün müvafiq peşəkar kadrlar hazırlanaraq vəzifələrə gətirilməsi üçündür. Eyni zamanda ən vacib sahələrimizdən biri xüsusilə də pedaqoji və mədəniyyət sahəsində sistemimizdə nəzərdə tutulmuş musiqi, incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsidir".