İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib:
"Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq".