Xocalı faciəsinin ildönümü ilə əlaqədar ədliyyə naziri Fərid Əhmədov və müavinləri, həmçinin Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidov Xocalı soyqırımı abidəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, onlar soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün-26 fevral Xocalı faciəsinin 33-cü ildönümüdür.

Fotolar: Ayxan Məlikov