Goranboyda Xocalı soyqırımı qurbanlarının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Goranboy şəhəri Yeni Yaşayış Massivində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə kompleksinin önündə baş tutub.
Tədbirdə Goranboy RİH-nin başçısının birinci müavini Seymur Nazarov, rayonun digər rəhbər şəxsləri, Goranboy və Xocalı ictimaiyyətinin nümayəndələri iştirak ediblər.