Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi fevralın 26-da bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdəndir.
Ancaq bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.