Fevralın 19-dan etibarən Bakıya intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri  gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

"Unikal" xəbər verir ki, fevralın 26-sı gecə saatlarından yağan qarın daha da güclənməsi ilə əlaqədar operativ tədbirlər görülür. 

Bununla bağlı gecədən xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbə yollarında da aparılır.

Gün ərzində kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirir.