İsveç Rusiya ilə mümkün qarşıdurmaya hazır olmalıdır.
"Unikal" xəbər verir ki, bunu İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson "Politico"ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin Pribaltikada fəallığının azalmasına baxmayaraq, Ukrayna münaqişəsi bitdikdən sonra vəziyyət dəyişə bilər.
Eyni zamanda, İsveç kəşfiyyatının rəhbəri qarşıdurmanın qaçılmaz olduğunu deməyib.
Bir sıra Skandinaviya ölkələri mütəmadi olaraq Rusiya təhlükəsindən danışırlar. Ötən ilin martında istefada olan isveçli hərbçi Rocer Richthoff iddia edirdi ki, Rusiya təhlükəsi İsveçin Şimali Atlantika Alyansına daxil olması üçün bəhanədir.