Yazıçı Müşfiq Xanın oğlu tapılıb.
"Unikal" xəbər verir ki, yazıçı bu barədə sosial mediada məlumat yayıb. O, oğlunun harda tapılması barədə açıqlama verməyib.
Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub: "Sonra hara getdiyi haqqında məlumat yoxdur".
Xatırladaq ki, ötıən gün DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.