01 mart 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində tarixçi alim Boran Əzizin müəllifi olduğu "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər" kitabının təqdimat mərasimi baş tutub.

"Unikal" xəbər verir ki,  Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası  Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, repressiyaya məruz qalmış şəxslərin ailə üzvləri, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, repressiya qurbanlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər  tarixçi alim Boran Əzizin Azərbaycanın müasir tarixşünaslığında repressiya dövrünü məxsusi fədakarlıqla araşdıran tədqiqatçı olduğunu qeyd edərək kitabın tarixi əhəmiyyətindən bəhs etmişlər. Daha sonar kitabın müəllifi Boran Əziz çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Tədbirin gedişində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilmiş, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış səhnəcik tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Eyni zamanda Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun çəkdiyi akademik Xudu Məmmədovun portreti Ağdam rayonu üzrə Təhsil sektorunun müdiri Tahir Abbasova təqdim edilmişdir. Təqdimat mərasiminin sonunda kitabın müəllifi və bir qrup ziyalı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşlar.