"Mançester Siti"nin azarkeşləri komandanın zədəli ulduzu Rodri ilə bağlı sevindirici xəbər alıblar.

"Unikal" fanat-a istinadən xəbər verir ki, ötən ilin sentyabrında ön xaçvari diz bağları qopduğu üçün uzun müddət kənarda qalan ispaniyalı yarımmüdafiəçi cari mövsümün sonuna qədər yaşıl meydana qayıda bilər. 

Məlumatı "Manchester Evening News" yayıb. Təcrübəli yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb. Klubdan xəbəri təsdiq ediblər. Halbuki,  28 yaşlı futbolçu  üçün mövsümün bitdiyi deyilirdi. O, iyunun 14-də başlayacaq Klublararası Dünya Çempionatına qədər formasını bərpa etmək istəyir.

Komandanın baş məşqçisi Xosep Qvardiola isə onu tələsdirmək istəmir. “Ən əsası onun sağalmasıdır. O, artıq yeniyetmə deyil, amma sağalma prosesi düzgün gedəcəyi təqdirdə qarşıda onu uzun illər boyu oynaya biləcəyi vaxt gözləyir”.

Xatırladaq ki, Rodri "Qızıl top" mükafatının son qalibidir.