02.03.2025-ci il tarixində saat 12:05 radələrində Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub. 

TƏBİB-dən "Unikal"a bildirilib ki, minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər.

Yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub. 

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitaluzasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

Qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

*** 15:03

Bakı təcili yardım avtomobili aşıb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda  qeydə alınıb. Belə ki, hərəkətdə olan təcili yardım avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində təcili yardım avtomobili aşıb. Yaxınlıqdakı insanların köməyi ilə təcili yardımda olan heyət və xəstə avtomobildən çıxarılıb. Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.