Ağdamın Ağdam rayonunun Əfətli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

"Unikal" xəbər verir ki, 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Onların tortdan zəhərləndiyi ehtimal olunur.