"Mingəçevirdə İES-in yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənaət edəcəyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

"Bu da "Abşeron" qaz yatağından çıxan qaza bərabərdir. Bu, əhali üçün şad xəbərdir. Çünki daha ucuz enerji deməkdir", - deyə nazir müavini bildirib.

Anar Kəlbiyev