"İşğaldan azad edilmiş ərazilərdə enerji səmərəliliyi ilə bağlı NDC2 çərçivəsində hazırda 3-cü sənədin hazırlığı gedir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır zonası elan edilib: "Bizim NDC2 çərçivəsində hazırda 3-cü sənədin hazırlığı gedir. Artıq Qarabağ zonasında xalis sıfıra nail olunması nəzərdə tutulur. Bu da o deməkdir ki, ən son texnologiyalarla, o cümlədən “Azərişıq”ın ən yeni innovativ üsullarının tətbiqi ilə itkilər çox ciddi miqdarda azalıb, Avropa standartlarına yaxınlaşır. Qarabağda binaları xüsusi rejimdə istilik effektivlik nöqteyi nəzərindən tikilməsi istiqamətində şəhərsalma ilə çox ciddi işlər görürük".
Anar Kəlbiyev