"Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb. Bu göstəricilər dünyanın ən qabaqcıl ölkələrinin nəticələri səviyyəsinə çatdırılmaqdadır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov deyib.

"Nəzərə alınmalıdır ki, şəbəkələrin 60 faizinə qədərinin tam yenidən qurulmasına ehtiyac var. Regionlarda olan şəbəkələrimizin əsas hissəsi ötən əsrin 50-60-cı illərində qurulub. İtkilərin aşağı salınması 2015-ci illə müqayisədə 9 milyard kilovat/saat elektrik enerjisinə qənaət edilməsinə imkan verib", - deyə sədr müavini bildirib.

R.Yusifov qeyd edib ki, Azərbaycanda enerji itkilərinin azaldılması, bərpa olunan enerji mənbələrinin tətbiqi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə 270 milyard kubmetr qaza qənaət edilə biləcək.

Anar Kəlbiyev