"“Azəriqaz” inhisarçı monopolistdir, buna görə də fəaliyyətimiz Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov deyib.

O qeyd edib ki, qazın alışı və satışı, habelə göstərilən xidmətlərin standartları bu tənzimləmələrə daxildir.

Anar Kəlbiyev