Rusiya-Amerika münasibətlərinin normallaşması ölkənin sanksiyalar yükündən azad edilməsini nəzərdə tutmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. 

Bununla belə, o qeyd edib ki, hazırda belə planlara dair heç bir sübut yoxdur: "Bizim sanksiyalara münasibətimiz məlumdur, biz onları qeyri-qanuni hesab edirik. Əlbəttə, əgər söhbət ikitərəfli münasibətlərin normallaşdırılmasından gedirsə, o zaman bu münasibətləri sanksiyalar adlanan bu mənfi yükdən azad etmək lazımdır".

Ağarza Elçinoğlu