Gəncədə tələbə dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.Göyçay rayon sakini 2002-ci il təvəllüdlü E.Mahmudova yaşadığı evin qonaq otağında dəm qazından zəhərlənib.23 yaşlı gənc qız xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə E.Mahmudova Gəncədə yerləşən universtetlərin birinin tələbəsidir.
Qeyd edək ki bu gün Gəncə şəhərində 17 yaşlı yeniyetmə qız hamamda dəm qazından boğularaq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov