Husilər ABŞ-nin daha bir MQ-9 reaper pilotsuz təyyarəsini vurublar.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin bu gün terrorçu kimi tanıdığı Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Yəyha Sarii deyib. Dron Yəmən üzərində vurulub.
Husilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilən Amerika pilotsuz təyyarəsi Yəmənin hava məkanını pozaraq, Hudeydə əyaləti üzərində səmada missiya yerinə yetirirmiş. Vurulan cihazın dəyəri 30 milyon dollardır.