Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Belta" agentliyi sitat gətirib. 

"İndi Zelenski nə olursa olsun onu əyməyə ehtiyac yoxdur. Biz Zelenskini inandırıb razılığa gəlməliyik, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də biz razılığa gəlməliyik. İstəyirsən gəl. Burada, elə yaxınlıqda...Təyyarə ilə yarıma saat gəl. Gəl burada oturaq. Sakitcə, hay-küysüz, qışqırmadan razılığa gələk. Ona görə də Trampa deyin: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub sakitcə razılığa gələk", - Belarus lideri qeyd edib. 

Lukaşenko hesab edir ki, Tramp sələfi Co Baydendən daha müstəqil prezidentdir. 

Gülayə Mecid