Türkiyənin 22 vilayətində İŞİD terror qruplaşmasına qarşı "Gürz-48" əməliyyatları keçirilib.

"Unikal" xəbər verir ki,  bu  barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə,  keçirilən əməliyyatda 47 nəfər saxlanılıb. 

Yerlikaya, şübhəlilərin İŞİD terror təşkilatı üzvü olduqlarının, terror təşkilatına yardım etdiklərinin, sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını apardıqlarının müəyyən edildiyini açıqlayıb.