İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı saxta diplom istintaqı davam edir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İBB sədri istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa gedib. 

Bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması ilə bağlı xəbərlər yayılmışdı. Bunun fonunda, Türkiyə Ali Təhsil Şurasının (YÖK) hazırladığı hesabatda İmamoğlunun diplomunun saxta olduğunu müəyyən etdikdən sonra İstanbul Baş Prokurorluğu da araşdırmalara başlayıb. 

Gülayə Mecid