Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Donald Trampın Ağ Evə qayıtmasından sonra Aİ liderləri mövqelərini itiriblər.

"Unikal" xəbər verir ki, bu barədə o,  "Telegram" kanalında yazıb. 

“Onlar indi mütləq səcdə vəziyyətindədirlər, çünki yer onların ayaqlarının altından sürüşür”, - deyə siyasətçi izah edib. 

Zaxarova qeyd edib ki, Amerika prezidentinin Ağ Evdə dəyişməsi ilə “ritorika dəyişib”.

Gülayə Mecid