Yevgeni Priqojin 2023-cü ildə nüvə düyməsini sıxmağa can atıb.
"Unikal" xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
Lukaşenko bildirib ki, "Vaqner"in 2023-cü ildə Moskvaya doğru irəliləməsinin qarşısı onun sayəsində alınıb: "Priqojin nüvə düyməsinə tərəf tələsirdi. Mən Priqojini məqsədlərinə çatmayacağına inandıra bildim. Onlar Belarusun yanından keçərək Moskvaya gedirdilər, sonra da geri döndülər".
Lukaşenko qeyd edib ki, Qərb ölkələri Priqojinin mövcud hökuməti devirə və nüvə silahlarını ələ keçirə biləcəyindən ehtiyatlanırdı.
Ağarza Elçinoğlu