Fevralın 25-də Yaponiyanın Ofunato şəhərində başlayan yanğından indiyədək 5190 hektar meşə sahəsi məhv olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya onlarla evə ziyan vuran və şimal-şərq sahil şəhərlərində yüzlərlə sakini təxliyə etməyə məcbur edən meşə yanğını ilə mübarizə aparır.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi ən azı 84 evin zərər gördüyünü və 1200-dən çox insanın təxliyə edildiyini bildirib. Bəzi ərazilərdə yanğın söndürülüb. Ölkə üzrə 2000-dən çox hərbçi və yanğınsöndürən səfərbər edilib.