ABŞ prezidenti Donald Tramp yumurtanın qiymətinin kəskin artmasında sələfi Co Baydeni günahlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Trampın Konqresdəki çıxışı zamanı söyləyib.
Ölkədə inflyasiyanın artması fonunda ABŞ-də yumurta qiymətlərinin müzakirə mövzusuna çevrildiyi bildirilir. Tramp vəziyyəti sabitləşdirmək üçün tədbirlər görəcəyinə söz verib.
"Co Bayden yumurta qiymətlərinin nəzarətdən çıxmasına icazə verdi. Biz onları yenidən aşağı salmaq üçün çox çalışırıq”, - deyə Tramp bildirib.