Avropa Parlamentinin “Volt Avropa” partiyasının üzvləri Macarıstanı birlikdə səsvermə hüququndan məhrum etmək niyyətindədirlər.
"Unikal" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Mənbənin sözlərinə görə, partiyanın deputatları Avropa İttifaqının martın 6-da keçiriləcək sammitindən əvvəl Avropa liderlərinə Macarıstanın blokda səsvermə hüququndan məhrum edilməsini ehtiva edən fəaliyyət planı göndərəcəklər.
Proqram doqquz bənddən ibarətdir. Avropa Parlamentinin deputatları Macarıstanı səsvermə hüququndan məhrum etməklə yanaşı, Aİ-nin baş diplomatı Kaya Kallasın Aİ-nin tamhüquqlu xarici işlər naziri təyin edilməsini, ümumi Avropa ordusunun yaradılmasını və Aİ-nin müdafiə sahəsində səlahiyyətlərinin genişləndirilməsini tələb edirlər.
Ağarza Elçinoğlu