Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskiyə oğlu kimi yanaşdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə respublika başçısı amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

"Ona yazığım gəlir. Mən onunla öz oğlum kimi davrandım. Çox yaxşı münasibətimiz var idi. Mən Ukraynada idim, Zelenski ilə danışıqlar apardıq... 

Münasibətimiz isti və mehriban idi. Lakin onun bu radikal millətçi qruplardan nümunə götürməsi, əlbəttə ki, üzücüdür", - Lukaşenko deyib.

Ağarza Elçinoğlu