Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları hökumət məmurları, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı terror hücumları planlaşdıran 30 nəfərdən ibarət dəstəni ifşa edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, Qırğızıstan Respublikasının ərazisində gizli terror şəbəkəsinin 30 tərəfdarı saxlanılıb. Bu radikal qruplaşmanın başlıca məqsədi ölkənin konstitusyon düzəninə qarşı dırnaqarası cihad törətmək, o cümlədən məmurlara, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı terror aktlarının planlaşdırılması olub.

İfşa olunan qruplaşma üzvləri anti-terror əməliyyatı çərçivəsində saxlanılıblar.