Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilir.  

Hazırda bu səbəbdən “Xırdalan" dairəsi istiqamətində sıxlıq yaranıb.